Qəbələdə əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılır


16:00     28 Oktyabr 2019 2019/10/qebele1_1572264250.jpg

Prezident İlham Əliyev "Qəbələ şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında" sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, sərəncamla Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 543