Bakıda qadın narkotiki intim orqanında gizlətdi


17:02     28 Oktyabr 2019 qadin%20ogurluq.jpg

Bakıda qadın cinsiyyət orqanında həbsxanaya narkotik keçirməyə çalışıb.


Femida.az xəbər verir ki, bununla bağlı oxu.az-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

Sumqayıt sakini, 1987-ci il təvəllüdlü A.İlyasova qohumuna ziyarət etmək üçün Ədliyyə Nazirliyi yanında Pentensiar Xidmətin (PS) tibb müəssisəsinə gəlib. Üzərində aparılan yoxlamalar zamanı müəssisə əməkdaşları qadının cinsiyyət orqanında 1,287 qram heroin və 37 qram metamfetamin tapıblar.

A.İlyasova tutulub və istintaq üçün Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Əməliyyatçılar qadının narkotik maddə və psixotrop dərmanı haradan aldığını müəyyənləşdirməli olacaqlar.

Qeyd edək ki, Pentensiar Xidmətdə oxşar hallar artıq baş verib. 2014-cü ilin sentyabr ayında qadın bu yolla məhkum qohumuna "iPhone" markalı telefon keçirməyə çalışıb. Mühafizəçilər telefonu vibrasiya rejimi sayəsində tapmağa nail olublar. Yoxlama zamanı telefona zəng gəlib və həbsxana əməkdaşları telefonun harada gizlədildiyini müəyyən ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 721