MDB Müdafiə Nazirləri Şurasının Bakı iclasının proqramı açıqlandı
10:12 29 Oktyabr 2019
Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.
MDB İcraiyyə Komitəsinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyalarını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçirəcək.
İclasda "Beynəlxalq Ordu Oyunları-2019"un yekunları müzakirə olunacaq, Birlik ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, "Elmə başlanğıc" İnnovativ Elmi İdeyalar Beynəlxalq Festivalının keçirilməsi və 2-ci Dünya müharibəsində qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri nəzərdən keçiriləcək.
Eyni zamanda Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə ediləcək və MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı açıqlanacaq.
İclasda bir sıra maliyyə, kadr və təşkilati məsələlərə də baxılacaq.
Femida.az
Oxunub: 453
Oxşar xəbərlər
- MDB-nin xüsusi xidmət orqanları "Taliban"ın hərəkətlərin izləyir
- MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib
- MDB baş prokurorlarının müşavirəsi keçirilib
- MDB Parlamentlərarası Asambleyasının sessiyası başladı
- MDB Müdafiə nazirləri ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul ediblər
- MDB-nin Müşahidə Missiyası seçkilərlə bağlı aralıq hesabatını yayıb
- MDB PA missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək
- MDB ölkələrinin müdafiə nazirləri Şəhidlər xiyabanında
- MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası Bakıda keçiriləcək
- MDB xəttilə axtarışa verilən İran vətəndaşı Azərbaycanda saxlanıldı