Azərbaycan Ümumdünya Radiorabitə Konfransında təmsil olunur
18:33 29 Oktyabr 2019
Azərbaycanın nümayəndə heyəti 28 oktyabr – 22 noyabr tarixlərində Misirin Şarm əş-Şeyx şəhərində keçirilən Ümumdünya Radiorabitə Konfransında təmsil olunur.
Femida.az-ın məlumatına görə, konfrans zamanı Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 193 üzv dövlətinin nümayəndələri 5G, yüksək hündürlükdə platforma stansiyaları üçün yeni tezlik diapazonlarının ayrılması, peyk tətbiqi üçün yeni və təkmilləşdirilən texnologiyaların istifadəsini dəstəkləyən tənzimləmə tədbirləri kimi bir sıra məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, ümumdünya radio rabitə konfransları hər üç-dörd ildən bir keçirilir və onların səlahiyyətlərinə, zərurət yarandığı hallarda BTİ-nin radiorabitə Qaydalarına, radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsini tənzimləyən beynəlxalq müqaviləyə yenidən baxılması daxildir.
Femida.az
Oxunub: 540
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)