Sınaq imtahanlarının vaxtı açıqlandı
10:43 30 Oktyabr 2019
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.
DİM-dən Femida.az-a verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 1 və 8 noyabr tarixlərində keçiriləcək. İmtahanlar saat 10:00-da başlayacaq.
Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq 1 və 8 noyabr tarixlərində saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün linkə daxil olmaq lazımdır.
Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.
Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək. Təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərə almasını xahiş edirik.
Femida.az
Oxunub: 795
Oxşar xəbərlər
- Sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq?
- Sınaq imtahanı keçiriləcək
- Sınaq imtahanı başlayır - Qiyməti 3 manatdır
- Sınaq imtahanları başlayır
- Sınaq imtahanlarına qeydiyyat başlayıb
- Sınaq imtahanı keçiriləcək
- Sınaq imtahanı keçiriləcək
- Sınaq imtahanlarına qeydiyyat başa çatır
- Sınaq imtahanına qeydiyyat davam edir
- Sınaq imtahanı keçiriləcək - Dövlət qulluğuna qəbul