Sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq?


18:45     17 Fevral 2020 tqdk%20sinaq%20imtahan%20neticelerin%20femida7.jpg

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da keçirilmiş sınaq imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.


DİM-dən Femida.az-a verilən məlumata görə, hazırda imtahan materiallarının emalı aparılır.

Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən sınaq imtahanının nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 425