Naxçıvanda ordunun texniki imkanları gücləndirilir - VİDEO


21:22     30 Oktyabr 2019 2019/10/04e15-1572452525_1572456960.jpg

Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı bölmələrinin texniki imkanları qardaş Türkiyə Respublikasının milli istehsalı olan texnikalarla gücləndirilir.

Əlahiddə Ümumqoşun Ordudan Femida.az-a verilən məlumata görə, bu gün Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri vardır. Bu baxımdan hərbi sahədəki əməkdaşlığın səviyyəsi də məmnunluq doğurur. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən bu ilin iyun ayında Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlimində iki qardaş ölkənin hərbi qulluqçuları yüksək peşəkarlıq, vətənpərvərlik və sarsılmaz qardaşlıq nümayiş etdiriblər.



Uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş”ə əsasən hərbi əməkdaşlığı daha da möhkəmləndirmək, Azərbaycan Ordusunun müasir dünya standartlarına uyğun inkişaf etməsinə töhfə vermək məqsədi ilə həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Bu tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı işinin daha da yaxşılaşdırılması məqsədi ilə yeni texnikaların ilk hissəsi silahlanmaya qəbul edilib. Qardaş Türkiyə Respublikasında istehsal edilən mini ekskavatorların Ordunun təminatına daxil edilməsi hərbi əməkdaşlıq istiqamətində atılan mühüm addımlardan biridir.

Silahlanmaya qəbul edilən mühəndis texnikalarının yüksək texniki xüsusiyyətləri onların az vaxtda çox iş görməsinə imkan verir. Türkiyənin yerli istehsalı olan MST teleskopik yükləyiciləri bir çox üstünlüklərə malikdir. Həmin texnikalar həm də texniki xidmət xərclərinə və yanacağa qənaəti ilə seçilir. Qabaqcıl texnologiya və dünya standartlarına uyğun komponentlərdən ibarət bu texnikalar dəyişən hidravlik nasosu və iki pilləli sürət qutusuna qoşulmuş hidromotoru sayəsində operatoru yüksək dartma və mükəmməl idarəetmə ilə təmin edir. Müxtəlif sənaye tətbiqləri üçün bütün ehtiyacları ödəyə bilən bu mini ekskavatorların üstün texnologiyası ən çətin coğrafi məkanlarda belə, asan istifadəyə imkan verir.

Femida.az

Açar sözlər:

Oxunub: 224