Zaqatalada 3 uşaq atası yıxılıb öldü


15:12     31 Oktyabr 2019 xestexana_01254.jpg

Zaqatala sakini bədbəxt hadisə nəticəsində ölüb.

Femida.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Mazıx kəndində baş verib.

Balakən rayonunun Katex kənd sakini, 1981-ci il təvəllüdlü Natiq Osmanov fərdi təsərrüfatda günəmuzd işçi kimi xurma yığarkən ağacdan yıxılıb.

Yaralı ev sahibi tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Məlumata görə, N.Osmanov 3 azyaşlı uşaq atasıdır.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 532