Bakıda iki sərnişin avtobusu toqquşub: Yaralılar var


15:31     31 Oktyabr 2019 publika.az1397292007qeza.jpg

Bakıda iki sərnişin avtobusu toqquşub.


Femida.az -ın xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana yolunda baş verib.

Belə ki, Bakı Sənaye-Pedaqoji Kollecinin qarşısında hərəkətdə olan 49 və 106 saylı sərnişin avtobusları toqquşub. Nəticədə 7 nəfər yaralanıb. Yaralıların hamısı qadındır.

Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili gəlib, yaralılar xəstəxanaya aparılıb.

Səhiyyə Nazirliyi “Report”a faktı təsdiqləyib. Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, yaralıların vəziyyətləri orta-ağırdır.

Açar sözlər:

Oxunub: 370