Azərbaycanlı səfir qonaqlara kabab çəkdi - FOTOLAR


10:03     01 Noyabr 2019 19_11_01_1572588359.jpg

Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə maraqlı paylaşımı ilə diqqəti çəkib.

Femida.az xəbər verir ki, səfir iqamətgahında diplomatik korpus nümayəndələrini və jurnalistləri qonaq edib. O, qonaqlar üçün aşpazlığı da özü edib.

“Diplomat hər formada və şəraitdə ölkəsini təmsil etməlidir. Qonaqları öz iqamətgahında qəbul etdiyin zaman bəzən aşpazlıq da etməli olursan. Azərbaycan mətbəxinin nümünələri 60-dan cox diplomatik korpusun nümayəndələrinə və yerli jurnalistlərə təqdim edilib”, - deyə H.Məmmədzadə yazıb.







Açar sözlər:

Oxunub: 466