Yevlaxda canavarlar qoyun sürüsünə hücum edib


16:29     01 Noyabr 2019 canavar.jpg

Yevlaxda canavarlar yaylaqdan qayıdan qoyun sürüsünə hücum edib.


Femida.az-ın məlumatına görə, hadisə rayonun Qazandağı adlanan ərazisində baş verib. Yaylaqdan qayıdan 600 baş xırdabuynuzlu heyvan sürüsü yırtıcıların hücumuna məruz qalıb. Sürüyə hücum edən canavarlar 4 baş xırdabuynuzlu heyvanı parçalayıb, 6 qoyunu isə ağır yaralayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 503