Gömrükdən tiryək keçirmək istədilər
17:44 04 Noyabr 2019
ənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Astara gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşları Məmmədov İbrahim Eldar oğlu və Qurbanov Qulam Əhməd oğluna məxsus əl yükləri rentgen aparatında yoxlanılarkən monitorda şübhəli cizgilər müşahidə olunub.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az -a verilən məlumata görə, nəqliyyat vasitələrinin ehtiyat hissələrindən ibarət olan həmin yük saxlanılıb və təkrar yoxlanılıb.
Yoxlama zamanı 1 ədəd ağ rəngli sellofan torbada olan karton qutunun içərisində ehtiyat hissəsinin daxilindəki boşluqdan aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, gömrük nəzarətindən gizlədilmiş, ümumi çəkisi 2500 qram olan qara rəngli narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 585
Oxşar xəbərlər
- Gömrükdən keçən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları dəyişib
- Gömrükdən gizlədilən siqaretlər aşkarlandı
- Gömrükdən gizlədilən siqaretlər aşkarlandı
- Gömrükdən qanunsuz siqaret və dərman keçirmək istədilər
- Gömrükdən gizlədilən telefonlar aşkarlanıb
- Gömrükdən qanunsuz dərman keçirmək istədilər
- Gömrükdən 304 kq heroin keçirmək istəyən şəxs tutuldu
- Gömrükdən qanunsuz dərman keçirmək istədi
- Gömrükdən qanunsuz telefon keçirmək istədilər
- Gömrükdən gizli qızıl keçirmək cəhdi alınmadı