Bakıda erməni mahnısı səsləndirən təxribatçı saxlanıldı - RƏSMİ


11:24     06 Noyabr 2019 2019/11/bakucity_5dbfe5174a953_1573025280.jpg

Bakıda avtomobilində erməni dilində mahnı səsləndirib video paylaşan şəxslər saxlanılıb.


Bu barədə Femida.az-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərilə sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirilən şəxsin kimliyi müəyyən olunaraq, saxlanılıb. Faktla bağlı müvafiq olaraq, araşdırmalar aparılır, təfərrüatları öyrənilir.

Femida.az

Açar sözlər: #Erməni  

Oxunub: 1982