Ziya Bünyadov prospektində qəza - Avtomobil piyadanı vurub


20:40     10 Noyabr 2019 2019/11/F7E4EC12-C29A-4555-A3DC-4C3977310F04_1573407767.jpeg

Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Femida.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

1960-cı il təvəllüdlü Allahyarov Nizami İbrahim oğlu prospektin piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən zaman onu minik avtomobili vurub. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 193