Britaniya kəşfiyyatının eks-zabiti İstanbulda ölü tapıldı
18:20 11 Noyabr 2019
“Ağ dəbilqələr” təşkilatının yaradıcılarından biri, “Mi-6” Britaniya kəşfiyyatının eks-zabiti Ceyms Le Mezyurye Türkiyənin İstanbul şəhərində yerləşən evində ölü vəziyyətdə tapılıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Sözcü” qəzeti polisdəki mənbəsinə istinadən xəbər verib.
Mezyuryenin cəsədi bazar ertəsi səhər saatlarında yaşadığı evin həyətində qonşuları tərəfindən tapılıb. Mərhumun evinə gələn polis qapını döyüb. Qapını açan Mezyuryenin həyat yoldaşı ərinin ölüm xəbərindən şok keçirib.
“RİA Novosti” yazır ki, qadının sözlərinə görə, ölümündən əvvəl Mezyurye bir müddət antidepressantlar qəbul edib. İlkin ehtimala görə, o, eyvana çıxıb və oradan evin həyətinə yıxılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 512
Oxşar xəbərlər
- Britaniya, ABŞ, Kanada və Yaponiya Rusiyadan qızıl idxalına qadağa qoyub
- Britaniya Baş Qərargahı Rusiya ilə müharibəyə hazırlaşmağa, güclü ordu yaratmağa çağırıb
- Britaniya kəşfiyyatı: “Ukrayna Xerson istiqamətində müəyyən uğurlar qazanıb”
- Britaniya Putinin qohumlarına sanksiya tətbiq edib
- Britaniya kəşfiyyatı Rusiya ordusunun durumunu açıqlayıb
- Britaniya MN: "İziumun cənubunda şiddətli döyüşlər gedir"
- Britaniya Ukraynaya 20 özüyeriyən artilleriya qurğusu verməyi planlaşdırır
- Britaniya Odessanı müdafiə etmək üçün Ukraynaya silah göndərəcək
- Britaniya kəşfiyyatı Ukraynadakı son vəziyyətlə bağlı məlumat yayıb
- Britaniya şirkəti "Vejnəli" yatağını istismar edəcək