Bakı şəhər prokurorluğu kanalizasiya quyusuna düşərək ölən fəhlələr barədə məlumat yaydı
11:51 12 Noyabr 2019
Bakı şəhər prokurorluğu paytaxt ərazisində quyuya düşərək ölən şəxslər barəsində məlumat yayıb.
Prokurorluqdan Femida.az-a verilən məlumatı təqdim edirik:
"Noyabrın 11-i səhər saat 08 radələrində 1993-cü il təvəllüdlü Cavad İlyaslı və 1974-cü il təvəllüdlü Djamaladin Molayevin paytaxtın Xətai rayonu ərazsində yerləşən “Ağ şəhər”də çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş quyuya düşərək ölmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanmış cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğuna tapşırılıb".
Qeyd edək ki, “Ağ şəhər”də fəhlə işləyən Cavad İlyaslı çirkab sularının axıdılması üçün quyuya düşüb, orada əmələ gələn qazın təsirindən huşunu itirərək çıxa bilməyib. Ona kömək etmək üçün quyuya düşən fəhlə yoldaşı 1974-cü il təvəllüdlü Djamaladin Molayev də quyuda qazın təsirindən huşunu itirib. Onlar quyuda qalaraq ölüblər.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən meyitlər quyudan çıxarılıb.
Femida.az
Oxunub: 842
Oxşar xəbərlər
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- Bakıda tikintidə fəhləni yıxaraq ölümünə səbəb olan şəxs həbs edilib
- Bakıda daş karxanasında fəhlə faciəvi şəkildə ölüb
- Bakıda 21 yaşlı fəhlə beşinci mərtəbədən yıxılaraq ölüb
- Xudatda tikinti materialları fəhlənin üzərinə aşıb, vəziyyəti ağırdır
- Laçında minaya düşən fəhlə vəfat edib
- Şirvanda mağazada fəhlə xəsarət alıb
- Laçında partlayış: Fəhlə minaya düşdü
- Fəhlələri tikintidə qanunsuz işlədən şəxslər 167 min manata yaxın məbləğdə cərimələnib
- Gəncədə fəhlənin əlində partlayıcı qurğu partlayıb