10 manata görə qan tökdü - VİDEO


01:59     21 Noyabr 2015 cc93a0fd-0f3a-49be-a3f8-acc8bde926d4.jpg

Balakəndə 44 yaşlı kişi həmyerlisi tərəfindən bıçaqlanıb.


Femida.az `Kanal S`- ə istinadən xəbər verir ki, hadisə Balakən şəhəri H. Əliyev prospektindəki mağazalardan birinin qarşısında baş verib. Gərəkli kənd sakini, 1971-ci il təvəllüdlü İlqar Kamil oğlu Hudulov kişi geyimləri mağazasının sahibi Elçin Cavad oğlu tərəfindən bıçaqlanıb. Bir neçə yerindən bıçaq xəsarəti alan zərərçəkən Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Yaxınlarının dediyinə görə, İlqar Hudulovun kişi geyimləri mağazasının sahibi Elçin Cavad oğluna 10 manat borcu olub. Hadisə baş verən zaman İlqar Hudulov borcunu qaytarmaq üçün onun işlədiyi mağazaya gedibmiş. Ancaq onlar arasında yaranan anlaşılmazlıq məlum hadisənin baş verməsinə səbəb olub.

Hadisəni törədən şəxs polis şöbəsinə gələrək könüllü istintaqa təslim olub. Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 608