100 milyon insanın həyatı təhlükədə


02:12     02 Dekabr 2017 E208F1CF-B80D-419E-AEDA-DAD255CEB476.jpeg

İndoneziyada 100 milyona yaxın insanın həyatı risk altındadır.

Femida.az xəbər verir ki, yağışlar səbəbindən 60 milyon insan sel, 40 milyin insan isə uçqun təhlükəsi ilə üz-üzədir.

Artıq riskli bölgələr üçün müəyyən hazırlıq işləri görülüb. Ölkədə yağışlı hava şəraitinin 3 ay davam edəcəyi nəzərə alınaraq yerli qurumlara fövqəladə vəziyyətlər üçün xəbərdarlıq edilib.

Ölkə miqyasında təkcə noyabr ayı ərzində 545 uçqun və 689 torpaq sürüşməsi qeydə alınıb.

Cava adasında Cempaka qasırğasından sonra baş verən torpaq sürüşməsi nəticəsində 27 nəfərin öldüyü bildirilir. Ümumilikdə isə qasırğa 4 min insanın həyatına təsir edib. Onların problemlərinin aradan qaldırılması üçün işlərə başlanılıb.

Qeyd edək ki, musson yağışlarının təsiri altında olan 256 milyonluq İndoneziyada sentyabr-mart aylarında intensiv yağış yağır.

Femida.az

Açar sözlər:

Oxunub: 776