İrəvanda referendum əleyhinə etiraz - VİDEO


02:48     21 Noyabr 2015 1435131066_iravan.jpg

Ermənistan paytaxtı İrəvanda konstitusiya düzəlişlərinə qarşı etiraz aksiyası keçirilib.


Aksiyaçılar hökuməti referendumla hakimiyyətini uzatmağa cəhddə ittiham edirlər.

Hakimiyyətin təklif etdiyi düzəlişlərdə Ermənistanın parlament üsul-idarəsinə keçməsi nəzərdə tutulur. Etiraz aksiyasını müxalifətdə olan“ Erməni Milli Konqresi” və digər müxalifət partiyaları təşkil edib.

Ermənistan parlamenti oktyabrın 5-də ölkədə konstitusiya düzəlişləri ilə bağlı referendum keçirilməsinə səs verib.

Düzəlişlərdə prezidentin səlahiyyətlərinin parlamentə keçməsi, prezidentin xalq yox, parlament tərəfindən seçilməsi və prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.

Qeyd edək ki, referendum dekabrın 6-a təyin edilib.

Açar sözlər:

Oxunub: 961