Maliyyə bazarlarına çıxışa dair ictimai müzakirə keçiriləcək
17:53 12 Noyabr 2019
Noyabrın 14-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə “Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda forum keçiriləcək.
KOBİA-dan Femida.az-a verilən məlumata görə, müxtəlif bankların, bank olmayan kredit təşkilatlarının, kredit ittifaqlarının, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının və KOBİA-nın nümayəndələrinin iştirakı ilə keçiriləcək Forumda sahibkarların maliyyə bazarlarına çıxışı ilə bağlı aktual məsələlər, maliyyə təşkilatları tərəfindən göstərilən xidmətlər, dövlət və özəl qurumların təqdim etdiyi mövcud və alternativ maliyyələşdirmə mexanizmləri ilə bağlı ictimai müzakirələr aparılacaqdır.
Tədbir çərçivəsində həmçinin, müxtəlif maliyyə təşkilatlarının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təqdim etdiyi xidmətlərin sərgisi təşkil olunacaqdır.
Femida.az
Oxunub: 507
Oxşar xəbərlər
- Maliyyə Nazirliyində kadr yerdəyişmələri olub
- Maliyyə Nazirliyində yeni təyinat olub
- Maliyyə Nazirliyi də artımlarla bağlı işlərə başladı
- Maliyyə nazirindən ittiham: "Pul ayrılır, nəticə yoxdur"
- Maliyyə Nazirliyinin əməkdaşı qəfildən vəfat edib
- Maliyyə Nazirliyi büdcə hesabatını yaydı
- Maliyyə Nazirliyindən QHT-lərə MÜRACİƏT
- Maliyyə dəstəyi üçün 148 minə yaxın vergi ödəyicisi müraciət edib
- Maliyyə Nazirliyindən daha bir xəbərdarlıq!
- Maliyyə Nazirliyinin əməkdaşı vəfat edib