Tramp Ərdoğana 100 milyardlıq təklif etdi - Qarşılığında bunu istədi


11:22     13 Noyabr 2019 19_11_13_1573629607.jpg


ABŞ Prezidenti Donald Tramp Vaşinqtona səfəri ərəfəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana 100 milyard dollarlıq ticarət sazişi, habelə Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemləri ətrafındakı ziddiyyətləri həll etməyin mümkün yolları haqqında təklif irəli sürüb.


Femida.az bildirir ki, bu barədə “The Washington Post” nəşri yazıb.

“Tramp keçən həftə Ərdoğana ünvanladığı yeni məktubda Türkiyə Prezidentinə Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemlərini alması ilə əlaqədar ABŞ-ın sanksiyalarının qarşısını almaq üçün 100 milyard dollarlıq bir sövdələşmə və bir həll yolu tapılmasının hələ mümkün olduğunu söyləyib”, - deyə nəşr ABŞ Prezident Administrasiyasındakı yüksək səviyyəli mənbələrə istinadən yazıb.


“Biz bunu türklər Suriyaya girəndə (ticarət təklifi – red.) gündəmdən çıxartdıq. Ancaq atəşkəs barədə razılıq əldə etdikdən sonra hazırkı səfərin də daxil olduğu təkliflər paketini qaytarmağa qərar verdik”, -deyə mənbələrdən biri qəzetə açıqlamasında deyib.

Qeyd edək ki, Trampla Ərdoğanın bu gün görüşü planlaşdırılıb.

Xatırladaq ki,rəsmi Vaşinqtonun xəbərdarlıqlarına baxmayaraq, Ankaranın “S-400” alması, ABŞ-ın Türkiyəni istehsal zəncirindən kənarlaşdırması və eləcə də Amerikanın “F-35” qırıcılarının alınması ilə nəticələnib.

Bundan əlavə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen bildirmişdi ki, “S-400” sazişi qüvvədə qalacağı təqdirdə, Konqresin təsdiqlədiyi “ABŞ-ın düşmənlərinə qarşı sanksiyalar” (CAATSA) qanunu ilə Türkiyəyə sanksiya tətbiq ediləcək.

Femida.az

Açar sözlər: #Tramp   #Ərdoğan  

Oxunub: 460