Rusiya Türkiyəyə qırıcı təyyarə yaratmaqda kömək edə bilər


19:51     17 Noyabr 2019 19_11_17_1574000603.jpg

Rusiya Türkiyəyə beşinci nəsil qırıcı təyyarə yaratmaqda kömək edə bilər.



Femida.az -ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Rusiyanın Hərbi-Texniki əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitriy Şuqayev bildirib.

D. Şuqayev Türkiyəyə yardım etmək niyyətlərinin ciddi olduğunu vurğulayıb.



Qeyd edək ki, ABŞ Rusiyadan “S-400” Zenit-Raket Kompleksi aldığı üçün Türkiyəyə “F-35” qırıcı təyyarələrini satmaqdan imtina edib. Vaşinqton Türkiyədən “S-400”-dən imtina etməyi, əvəzində “Patriot” kompleksi almağı tələb edir. Ankara Vaşinqtonun tələbini qəbul etməyib.

Açar sözlər:

Oxunub: 485