Nazirdən Avropa Oyunları ilə bağlı yekun - Hesabat


01:17     22 Noyabr 2015 IMG_8487.JPG


20-21 noyabrda Çexiyanın paytaxtı Praqa şəhərində Avropa Olimpiya Komitələrinin 44-cü Baş Assambleyası keçirilib.

Nazirlikdən Femida.az-a daxil olan məlumata görə, assambleyada Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi altında nümayəndə heyəti təmsil edib.

Baş Assamblayanın birinci günü əsas müzakirə olunan mövzulardan biri iyun ayında Bakıda keçirilən I Avropa Oyunları və Oyunların nəticələri olub. Açılışda çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Bax I Avropa Oyunlarının ən yüksək səviyyədə və çox böyük uğurla keçdiyini vurğulayıb.

Avropa Oyunlarının yekun hesabatı Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov tərəfindən verilib. Nazir oyunlarla bağlı stasistik rəqəmlər səsləndirib, oyunların ölkəmiz və Avropa üçün əhəmiyyətini qeyd edib. Azad Rəhimov oyunların hazırlığına 2,5 il yarım ayrıldığını qeyd edərək, ölkəmizin bu sahədə uğurlu model nümayiş etdirdiyini və qısa müddətdə ən yüksək nəticələr əldə edərək mötəbər tədbirin təşkilinə nail olduğunu diqqətə çatdırıb. Nazir növbəti Avropa Oyunlarını keçirəcək ölkəni hazırlıq prosesi zamanı Azərbaycan təcrübəsindən yararlanmağa dəvət edib.

Çıxışın yekununda oyunlara həsr olunmuş video çarx nümayiş etdirilib.

Avropa Olimpiya Komitələrinin Prezidenti Patrik Hikki video çarxı seyr etdikdən sonra çıxış edərək, oyunlarla bağlı gözəl xatirələrdən hər kəsin təsirləndiyini qeyd edib. Patrik Hikki müasir və inkişafda olan ölkəmizin hər bir Avropalı üçün yenidən kəşf edildiyini xüsusən vurğulayıb.

Açar sözlər:

Oxunub: 982