Bakıda iki uşağın üzərinə qaynar su tökülüb


09:39     21 Noyabr 2019 2019/11/46540c7e-131b-4383-91cd-14b64e4cdbf4_1574314838.jpg

Bakıda ikisi azyaşlı olmaqla 3 nəfər yanıb.

"Report" xəbər verir ki, hadisə Xəzər rayonu, Binə südçülük sovxozunda qeydə alınıb.

Məlumata görə, hər üç şəxsin üzərinə qaynar su tökülüb.

Səhiyyə Nazirliyindən Femida.az- a bildirilib ki, yanıq xəsarəti alan 3 nəfər barədə məlumat təcili yardıma saat 22.32 də daxil olub: "Xəzər rayonu, Binə südçülük sovxozuna gələn həkim briqadası yanıq xəsarətləri alan 32 yaşlı qadını, 3 yaşlı oğlanı və 5 yaşlı qızı 5 saylı Xəstəxananın Yanıq şöbəsinə çatdırıb. Həkimlər onlara aşağı ətrafların 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyublar".

Açar sözlər:

Oxunub: 432