Ədliyyə işçiləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - FOTOLAR (Yeniləndi)


15:24     22 Noyabr 2019 2019/11/1574419678377925496_1000x669_4723266990.jpg

Bu gün Azərbaycan Ədliyyə Nazirliyinin (ƏN) rəhbərliyi və əməkdaşları 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.


Femida.az-ın xəbərinə görə, ədliyyə naziri Fikrət Məmmədov və nazirliyin struktur idarə rəhbərləri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər qoyulub.

Daha sonra Şəhidlər xiyabanını ziyarət edən ədliyyə naziri Fikrət Məmmədov və nazirliyin əməkdaşları Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini anıblar, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.







Femida.az

Açar sözlər: #Ədliyyə  

Oxunub: 932