Azərbaycan əhalisinin gəlirləri 46 milyard manatı ötüb
09:09 24 Noyabr 2019
2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 46 milyard 705,8 milyon manat təşkil edib.
Femida.az-ın məlumatına görə, əhalinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,9 faiz artıb. Əhalinin hər nəfərinə orta hesabla 4719,2 manatlıq gəlir düşüb.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 42 milyard 886,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz çox vəsait qalıb.
2019-cu ilin yanvar-sentyabr aylarında isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,7 faiz artaraq 603,5 manat təşkil edib.
Orta aylıq əməkhaqqı neft-qaz sektorunda 3068,9 manat, qeyri neft-qaz sektorunda 547,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 494,8 manat, özəl müəssisələrdə isə 742,3 manat olub.
Femida.az
Oxunub: 573
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)