Qadın və uşaq hüquqları ilə bağlı marifləndirici seminar keçirilib


16:46     24 Noyabr 2019 2019/11/F3541D69-8354-46E0-AE07-AF16FF202409_1574599777.jpeg

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin 2019-cu ilin ikinci yarısı üçün nəzərdə tutulmuş Tədbirlər Planının icrasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakultəsinin tələbələri üçün Uşaq və qadın hüquqları ilə bağlı təlim, seminarın keçirilməsi nəzərdə tutulmuşdur.

Femida.az xəbər verir ki, AQUPDK-nin Hüquqi-təminat şöbəsinin müdir müavini Seymur Məmmədov və baş məsləhətçi Rahil Süleymanzadə tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinin 2-ci və 3-cü kurs tələbələri üçün təlim seminarlar keçirilib.

Təlimdə uşaq hüquqlarının qorunması sahəsində görülən işlər, uşaqların hüquqlarının müdafiəsi sahəsində dövlət nəzarəti, qadın hüquqları, məişət zorakılığı barədə məlumatlar verilib. Təlimdə iştirak edən tələbələrə cəmiyyətdə bərabər hüquqlu sistemin formalaşması, zorakılığın qarşısının alınması istiqamətində 22 iyun 2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun tətbiqi, həmçinin məişət zorakılığı baş verərkən müraciət etmə qaydaları, mühafizə orderi haqqında ətraflı məlumatlar verilib.

Təlim və seminarların keçirilməsində məqsəd insan hüquqlarının və azadlıqlarının təmin olunması, bərabərlik və inkişaf strategiyalarının həyata keçirilməsində bu gün ən ciddi maneələrdən biri olan məişət zorakılığı ilə davamlı mübarizənin aparılmasının təmin olunması, qadınların cəmiyyətdə rolunun artırılması, sosial statuslarının yüksəldilməsi, uşaq hüquqlarının qorunub saxlanılmasıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 704