Ermənistanın keçmiş baş prokuroruna 48 saat vaxt verildi


09:20     26 Noyabr 2019 19_11_26_1574746356.jpg


Ermənistanın keçmiş baş prokuroru və sabiq deputatı Gevork Kostanyana qarşı ittihamlar irəli sürüləcək.


Bu barədə Femida.az Ermənistan mətbuatına istinadən xəbər verir.

Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohanjanyan bildirib ki, Kostanyan 2008-ci ilin 1 mart hadisələri ilə bağlı cinayət işinə müqəssir kimi cəlb olunub.

Sabiq baş prokurora ittihamın təqdim edilməsi üçün istintaq orqanına gəlmək olmaq üçün 48 saat vaxt verilib. G.Kostanyana qarşı hansı maddə üzrə ittiham irəli sürüləcəyi hələ bildirilmir.

Qeyd edək ki, Gevork Kostanyan 2016-cı ilin 4 avqustunda səhhətində problemin yarandığını əsas göstərərək Ermənistanın baş prokuroru vəzifəsindən istefa verib.

Cinayət işi ilə bağlı Ermənistanın o zamankı rəhbərliyində təmsil olunmuş bir sıra şəxslər həbs edilib.

Femida.az

Açar sözlər: #Ermənistan   #prokuror  

Oxunub: 578