Ombudsman vəzifəsinə namizədlik məsələsinin müzakirəyə çıxarılacaq - Vaxt açıqlandı


14:05     26 Noyabr 2019 1442822061_milli-meclis.jpg

Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsinin müzakirəyə çıxarılacağı vaxt açıqlanıb.


Femida.az-ın xəbərinə görə, Ombudsman vəzifəsinə namizədlik məsələsi parlamentin noyabrın 29-u keçiriləcək plenar iclaslarının gündəliyinə daxil edilib.

Bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyini irəli sürüb. Namizədlər Bakı Apelyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

Femida.az

Açar sözlər:

Oxunub: 474