Bərdədə həmkəndlisini bıçaqlayan şəxsin məhkəməsi başlayır


19:13     26 Noyabr 2019 mehkeme%20son%20deyyil%20baslangic.jpg

Bərdə rayonunda adam bıçaqlamaqda təqsirləndirilən Mürvət Seleymanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az xəbər verir ki, cinayət işi baxılması üşün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Faiq Qasımovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Bərdənin Lənbəran kəndində qeydə alınıb. M.Süleymanov həmkəndlisi Elman Cəlal oğlu Qasımovu aralarında yaranan münaqişə zəminində bıçaqlayıb.

M.Süleymanova Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 539