Maşın sahiblərinə ŞAD XƏBƏR: Qaydalar sadələşdi - VİDEO
09:47 29 Noyabr 2019
Ədliyyə Nazirliyi mobil etibarnamə sistemini istifadəyə verib. Artıq nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan etibarnamələri mobil telefonla da vermək mümkündür. Bunun üçün telefona “mobil notariat” adlı tətbiqi yükləmək lazımdır. Etibarnamənin verilmə qaydasını bilmək üçün süjeti izləyək.
Femida.az-ın “Xəzər TV”yə istinadən məlumatına görə, bir neçə gündür ki, nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan etibarnamələrin mobil telefonlarla verilməsinə başlanılıb. Bunun üçün telefona “Mobil notariat” adlı tətbiqi yükləmək lazımdır. Sistemdə qeydiyyatdan keçmək üçün isə birdəfəlik şifrə tələb olunur. Həmin şifrəni istənilən notariusa yaxınlaşaraq ödənişsiz əldə etmək olur. Şifrə yalnız ilk dəfə qeydiyyatdan keçdikdətələb edilir və sonra istənilən qədər əməliyyat həyata keçirmək mümkündür .
Etibarnamə üçün tələb edilən 11 manat 50 qəpik rüsum da onlayn qaydada ödənilir.
Yaxın vaxtlarda qeydiyyatdan keçmək və sürücülük hüququ ilə bağlı etibarnamənin verilməsi MyGov portalı vasitəsilə də həyata keçiriləcək. Bu zaman isə birdəfəlik şifrə üçün notariusa getməyə ehtiyac qalamayacaq. “Mobil notariat” tətbiqi gələcəkdə daha da təkmilləşdiriləcək və digər etibarnamələrin də buradan verilməsi reallaşacaq.
Oxunub: 1063
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Zəngilanın işğaldan azad olunmasının ildönümüdür
- Krım körpüsünü partladan yük maşını Ermənistana necə daxil olub?
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Şəmkirdə minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
- Nigeriyada 162 nəfər Lassa qızdırmasından ölüb
- Sabunçuda yolların yenidən qurulmasına 7,5 milyon manat ayrılıb
- Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var
- Rusiyanın Baş naziri və Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək
- ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb