Azərbaycan XİN Rusiyaya başsağlığı verib


18:15     01 Dekabr 2019 XİN.jpg

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına düşməsi nəticəsində 19 nəfərin ölməsi ilə əlaqədar başsağlığı verib.

Femida.az-ın məlumatına görə, XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, qəzada həyatını itirənlərin doğmalarına və yaxınlarına başsağlığı verir, yaralılara tezliklə sağalmağı arzulayırlar.

Qeyd edək ki, bu gün Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına düşməsi nəticəsində 19 nəfər ölüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 440