Qardaşına narkotik vasitə keçirmək istəyən şəxs saxlanıldı
09:19 02 Dekabr 2019
Bakıda qardaşına narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Əliyev Röyal Mansur oğluna qardaşı Kürdəmir rayon sakini Əliyev Əhliman Mansur oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman sovqatın yığıldığı parça çantanın hər iki dəstəyinin içərisində xüsusi üsulla tikilərək gizlədilmiş bükülülərdə narkotik maddə - ümumi çəkisi 6.883 qram heroin və 1.004 qram metanfitamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 557
Oxşar xəbərlər
- Rafael Cəbrayılov qardaşı: "Onunla mübahisəmiz faizə pul götürmək üstündə düşürdü"
- Mətbuat Şurası DSX-ni jurnalistə güc tətbiq edən əməkdaşı barəsində ölçü götürməyə çağırıb
- Saakaşvilinin saxlandığı türmənin ərazisində yanğın başlayıb
- "Hadrutu az itkilərlə götürmək əzmində idik və buna da nail olduq"- Dövlət başçısı
- Keçmiş icra başçısının türmədə ölüm səbəbi açıqlandı
- Ailə Məcəlləsinə dəyişikliklər təsdiqləndi - Övladlığagötürmə asanlaşdı
- Ötən il cəzaçəkmə müəassisələrinə 176 başçəkmə həyata keçirilib
- Azərbaycanda övladlığagötürmə asanlaşdırılır
- Ermənilər Qaregin Njdenin Xocavənddəki heykəlini götürməyə məcbur oldular
- Azərbaycanda övladlığa götürmə proseduru asanlaşdırılır