Ermənistanda nazir müavini rüşvət üstündə saxlanıldı
10:10 05 Dekabr 2019
Ermənistanın Təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Qevorq Loretsyan, onun sürücüsü və futbol klublarından birinin rəhbəri həbs edilib.
Femida.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilir ki, həmin şəxslər külli miqdarda rüşvət almaqda ittiham olunurlar. Futbol klubunun rəhbəri eyni zamanda bir sıra təchizatçı şirkətlərə rəhbərlik edib.
İlkin məlumata görə, nazir müavini idman avadanlıqları almaq üçün elan edilmiş tenderdə həmin şirkətin qalib gəlməsinə kömək edib və sürücüsü vasitəsilə böyük məbləğdə rüşvət alıb.
Rüşvət aldıqdan sonra onların hər üçü tutulub. İş materialları Ermənistan MTX-nin istintaq şöbəsinə təhvil verilib.
Femida.az
Oxunub: 489
Oxşar xəbərlər
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Ermənistanda daha bir xarici ölkə vətəndaşının meyiti aşkarlanıb
- Ermənistanda hərbçilər qəzaya düşüb, 1-i ölüb, 4-ü yaralanıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib
- Ermənistanda Rusiya üstündə atışma olub, 2 hərbçi ölüb, 5 nəfər yaralanıb
- Ermənistanda etirazlara görə 10 nəfər həbs edildi
- Ermənistanda 2 500 nəfərə yaxın müxalifətçi polis bölmələrində saxlanılır
- Ermənistanda etiraz aksiyalarında zorakılıq halları artıb
- Ermənistanda müxalif deputatlara cinayət işi açılıb
- Ermənistanda Rusiya vətəndaşının asılmış meyiti aşkarlanıb