Bakıda yeniyetmə qız anasının pulunu oğurlayaraq evdən qaçıb


11:53     05 Dekabr 2019 19_12_05_1575532446.jpg

Bakıda yeniyetmə qız anasının telefonlarını və pulunu götürərək evdən qaçıb.



Femida.az -ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini Aygün Cabbarlı rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə müraciət edərək qızı, 2004-cü il təvəllüdlü Günay Cabbarlının ona məxsus iki ədəd "Samsung" markalı telefonu və 800 manat pulunu götürərək evdən çıxdığını və geri qayıtmadığını bildirib.

Faktla bağlı araşdırmalara başlanıb.

Açar sözlər:

Oxunub: 459