Seçkilərdə iştirak edəcək bəzi siyasi partiyaların adları müəyyənləşib


16:18     11 Dekabr 2019 msk33.jpg

Azərbaycanda 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək bəzi siyasi partiyaların adları məlum olub.


Femida.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak üçün bir sıra siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınmasına dair müraciətə baxılıb.

İclasda Yeni Azərbaycan Partiyasının (YAP), Ümid Partiyasının və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) səlahiyyətli nümayəndələri qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 541