Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün müddət başa çatır
09:31 03 Fevral 2020
Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparılması üçün ərizələrin müvafiq dairə seçki komissiyasına təqdim edilməsi müddəti sabah başa çatır.
Femida.az-ın məlumatına görə, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) Seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək, yəni 2020-ci il fevralın 4-dək müraciət edə bilər.
Femida.az
Oxunub: 780
Oxşar xəbərlər
- Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək
- XİN: "Abxaziyadakı qondarma "seçkiləri" tanımırıq"
- Məzahir Pənahov boş deputat yerlərinə təkrar seçkilərdən danışıb
- Liviyada parlament seçkilər üçün yeni tarix tələb edib
- Qəddafinin oğlu Liviyada prezident seçkilərində iştirak etmək niyyətindədir
- Bolqarıstanda prezident və parlament seçkiləri keçirilir
- Gürcüstanda seçkilərin ikinci mərhələsi başa çatıb
- Özbəkistanda prezident seçkiləri başa çatıb
- Özbəkistandakı prezident seçkiləri baş tutmuş hesab olunub
- Bu gün İraqda növbədənkənar parlament seçkiləri keçiriləcək