Bu vəkillərə ödənilən xidmət haqqı vergilərdən azad edilsin - TƏKLİF
14:22 13 Dekabr 2019
Azərbaycanda dövlət hesabına vəkillik xidməti göstərən vəkillərə ödənilən xidmət haqqının vergilərdən azad edilməsi çox yaxşı olar.
Femida.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının Rəyasət heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ötən ilin fevralına qədər vəkillərə dövlət tərəfindən bir saatlıq vəkillik fəaliyyəti üçün 2 manat ödənilirdi. Lakin ötən ilin fevral ayından Prezident İlham Əliyevin sərəncamı ilə bu xidmət haqqına görə ödənişin məbləği 3 dəfə artırıldı. Hazırda vəkillərə bir saatlıq fəaliyyəti üçün 6 manat ödənilir.
A.Bağırov hesab edir ki, digər region ölkələri ilə müqayisədə bu, normal məbləğdir:
Əgər vəkil 8 saat ərzində dövlət hesabına hüquqi yardım göstərərsə, bu, gün ərzində 48 manat ödəniş edir. Bu, heç də az məbləğ deyil. Lakin orada bir məqam var. Hesab edirəm ki, bu məsələ gələcəkdə müzakirə obyekti olmalıdır. Bu məbləğə ƏDV və digər vergilər də daxildir. Vəkillik xidməti dövlət hesabına olduqda bu vəsait vergilərə cəlb olunmasa, daha yaxşı olar. Nəzərə almaq lazımdır ki, bu, güzəştli məbləğdir. Məncə, 6 manat vergidən azad edilsə, daha yaxşı olar".
Femida.az
Oxunub: 5479
Oxşar xəbərlər
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- Vilyam Hacıyevin vəkili təkrar ekspertizanın keçirilməsini istəyir
- Tanınmış vəkil: "Polis şöbəsində zorakılığa məruz qaldım"
- Azərbaycanda qadın vəkillərin sayı açıqlanıb
- Millət Vəkili sensasion korrupsiya faktını AÇIQLADI- VİDEO
- Vəkil arvadını güllələyən polisin məhkəməsində tərkibin dəyişdirilməsini istəyib
- Vəkillər Kollegiyasının sədri vəkilliklə bağlı qanuna dəyişikliyin olunmasını təklif edir
- Azərbaycanda vəkil və müstəntiqlər üçün yeni müayinə məntəqəsi yaradılıb
- Şair Əli Vəkil vəfat edib
- Vəkillər "İdeal”ın həbsdə olan keçmiş rəhbərinə bəraət istəyiblər