Oğru sahibləri Rusiyada yaşayan evləri hədəf seçdi
19:50 13 Dekabr 2019
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 4 evdən və 1 çayxanadan oğurluq edən şəxs saxlanılıb. Onun üzərindən narkotik vasitə də aşkar edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən Femida.az-a məlumata görə, Astara Rayon Polis Şöbəsinə hazırda Rusiya Federasiyasında yaşayan Rinad Talıbova məxsus rayonun Şiyəkəran kəndində yerləşən evdən məişət əşyalarının oğurlanması ilə bağlı müraciət olunub. Polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Astara rayonunun Şiyəkəran kənd sakini Raqif Mirzəyev olduğu müəyyən edilib. R.Mirzəyev saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan bir bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülüb. Onun ətrafında aparılan əməliyyat tədbirləri ilə R.Mirzəyevin daha 3 həmkəndlisinin evindən və bir çayxanadan oğurluq etdiyi, əsasən sahiblərinin Rusiya Federasiyasında yaşadığı evləri hədəf seçdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 613
Oxşar xəbərlər
- Bakının Xəzər rayonunda neft oğruları peyda olub
- Umayra Tağıyeva: "Həftənin ikinci yarısında hava sabitləşməyə doğru dəyişəcək"
- Baş Qərargah: "İskəndər-M" raketləri Belarusdan Ukraynaya doğru yönəlib
- Azərbaycanlı “qanuni oğru” Rafiq Masallı güllələndi
- Zelenski: "Biz artıq qələbəmizə doğru gedirik"
- Yerə doğru təhlükəli asteroid Yerə uçacaq
- Ukraynada azərbaycanlı “qanuni oğru” saxlanılıb
- Ev sahibini boğub öldürən oğru tutulub
- İlham Əliyev: "Mən doğrudan da yenə bu sualı vermək istəyirəm: Bəs, nə oldu Paşinyan?!"
- Daşkəsəndə mal-qara oğruları saxlanılıb