Kürəkənini öldürən şəxsin cəzası azaldılıb


16:05     24 Noyabr 2015 1442557655_mehkeme-zali5.jpg


Bakı Apellyasiya Məhkəməsində kürəkənini öldürməkdə təqsirləndirilən Elçin Lazımovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Femida.az-ın məlumatına görə, məhkəmənin qərarı ilə apellyasiya şikayəti təmin edilib. Onun cəzası 14 ildən 12 il 6 aya endirilib.


Qeyd edək ki, Bakı şəhər sakini Elçin Lazımov Saatlı rayon sakini, 1987-ci il təvəllüdlü Rəvan Əliyevi öldürüb. Qətlə yetirilənin bədənində 57-yə yaxın bıçaq yarası aşkar edilib. Məlumata görə, Elçin Lazımov “Azəriqaz”ın əməkdaşı olub. İstintaq araşdırması zamanı məlum olub ki, Elçin Lazımovun qızı ilə bir ildir ailəli olan Rəvan arasında münaqişə olub. Bundan qəzəblənən E. Lazımov R. Əliyev bıçaqlayaraq qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Lazımov 14 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsi barədə apellyasiya şikayəti verib.

Açar sözlər:

Oxunub: 909


Oxşar xəbərlər