Parlament seçkiləri ilə əlaqədar Müstəqil Media Mərkəzi yaradılacaq


18:19     17 Dekabr 2019 trend_mezahir_penahov.jpg

Azərbaycanda seçkilərlə bağı yaradılan müstəqil media mərkəzləri başqa yerlərdə nümunə kimi göstərilir.

Femida.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar yaxın günlərdə müstəqil media mərkəzi yaradılacaq: “Ənənəvi olaraq parlament seçkilərində belə müstəqil media mərkəzləri yaradılır. Bu media mərkəzi başqa yerlərdə bir nümunə kimi göstərilir. Azərbaycana gələn beynəlxalq təşkilatlar bu təcrübəni yüksək qiymətləndirirlər”.

Femida.az

Açar sözlər:

Oxunub: 477