Məleykə Abbaszadə: "Heç kim deyə bilməz ki, bütün imtahanlar pulludur"
14:47 18 Dekabr 2019
"Azərbaycanda qəbul imtahanlarında ilk dəfə iştirak etmək pulsuzdur. Ona görə də heç kim deyə bilməz ki, bütün imtahanlar pulludur".
Femida.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qəbul imtahanları üçün ikinci şansı istifadə etmək istəyənlər var və bunun üçün də abituriyent ödəniş etməlidir: "İmtahanları və nəticələri araşdırmaq, onu həyata keçirmək üçün çoxlu sayda işçi qüvvəsi və texniki qurğuya ehtiyac olur. Bu baxımından imtahanların qiymətləri o qədər də yüksək deyil".
M.Abbaszadə qeyd edib ki, imtahanın qiyməti onun keçirilməsinə sərf olunan vəsaitdən asılıdır: "Yeni növ imtahanların cavablarını yoxlayan müəllimlər də onlara verilən məvacibin qəneedici olmadığını deyirlər. Belə olan halda biz necə qiymətləri aşağı sala bilərik?!"
Femida.az
Oxunub: 795
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM