Ədliyyə Nazirliyinin səlahiyyətləri artırıldı


09:31     19 Dekabr 2019 2019/12/edliye_esas_1576734055.jpg


Prezident İlham Əliyev ötən gün imzaladığı fərmanla Ədliyyə Nazirliyinin səlahiyyətlərini artırıb.

Femida.az xəbər verir ki, Ədliyyə Nazirliyi bundan sonra özəl məhkəmə eksperti şəhadətnaməsi verəcək.

Bundan başqa Nazirliyin fəaliyyət istiqamətləri sırasına Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparmaq daxil edilib.

Qeyd edək ki, bundan sonra məhkəmə ekspertizasını təkcə dövlət yox, həm də özəl ekspertiza mərkəzləri aparacaq. Ədliyyə Nazirliyi tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinin və özəl məhkəmə ekspertlərinin “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun tələblərinə riayət etməsinə nəzarət edəcək. Onlara məhkəmə eksperti şəhadətnamələri verəcək və qanunla müəyyən edilmiş hallarda həmin şəhadətnamələri ləğv edə biləcək.

Dəyişikliklər 2020-ci il martın 1-dən qüvvəyə minir.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #ədliyyə   #nazirlik   #qanun   #məhkəmə   #femida   #hüquq  

Oxunub: 2061