Naxçıvanda Ali Məclisin növbəti sessiyası başlayıb


11:44     21 Dekabr 2019 2019/12/naxcivan-ali-meclis_1576914369.jpg

Bu saatlarda beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası öz işinə başlayıb. Sessiyada 45 deputatdan 42-i iştirak edir.


Femida.az xəbər verir ki, sessiyada 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin təsdiqi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinin təsdiqi, İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin təsdiqi, Naxçıvan Muxtar Respublikasının qanunlarında dəyişikliklər edilməsi müzakirəyə çıxarılıb. Həmçinin Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı da dinləniləcək.

Sessiyanın iclasında aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri də iştirak edirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 806