Prezidentə təbrik məktubları gəlməkdə davam edir - YENİLƏNİB


11:40     23 Dekabr 2019 2019/12/8939EE67-A1BD-4AFC-925D-22634DC53EDA_1577084096.jpeg

Tacikistan Respublikasının Prezidenti Emomali Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Femida.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və qardaş Azərbaycan xalqının daha da firavan yaşaması naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

Bu gün dost Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, xalqın rifahının durmadan yüksəldilməsinə yönəlmiş mühüm dəyişikliklər həyata keçirir. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq arenada nüfuzu gündən-günə daha da möhkəmlənir.

Əminəm ki, sıx etimada əsaslanan siyasi dialoqumuz bundan sonra da Tacikistan ilə Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq münasibətlərinin xalqlarımızın maraqlarına uyğun surətdə hərtərəfli inkişafına və dərinləşməsinə şərait yaradacaq".

Bundan başqa, Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev və Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberq, Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku, Xorvatiya Respublikasının sabiq Prezidenti İvo Yosipoviç, Livan Respublikasının sabiq Prezidenti Amin Cemayel, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev, Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev, Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov, MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski və Baş katibin müavini Aydın Cəfərov, VTB Bankı Publik Səhmdar Cəmiyyətinin prezidenti, idarə heyətinin sədri Andrey Kostin də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər.



***

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Femida.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Xahiş edirəm doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizə ali dövləti vəzifənizdə uğurlar arzulayır, cansağlığı diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizin diqqətinə çatdırmaq istəyirəm ki, bizim birgə səylərimiz nəticəsində ölkələrimiz arasındakı strateji əməkdaşlıq xalqlarımızın rifahı naminə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə və Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləyirəm.

Zati-ailələri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Femida.az

Açar sözlər:

Oxunub: 737