İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
12:32 25 Dekabr 2019
Dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Femida.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış etdi.
Sonra Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2019-cu ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olundu.
Dövlətimizin başçısı ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Alavərdi Culfayevə, Yavuz Eminbəyliyə və Ramiz Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədləri təqdim etdi.
Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Paşa Əliyev, Tərlan Həsənov, Şahlar Mustafayev, Azər Həsənov, İqdam Ələkbərov, Tofiq Heydərov və Böyükağa Ağayev Əməkdar bədən tərbiyəsi və idman xadimi, idman səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Natiq Əliyev və Emiliya Hüseynovaya Əməkdar həkim, Rəşad Cavadova isə Əməkdar jurnalist fəxri adlarının vəsiqələri təqdim olundu.
Tədbirdə Pərviz Tağıyev, Ramiz Quliyev, Nazim Səmədov, Orxan Qəribov, Yalçın Qaralı, Şahin Mahmudov, Nadir Əzizov və Ramil Əhmədov Milli Olimpiya Komitəsi Prezidentinin fəxri fərmanları ilə təltif edildilər.
Prezident İlham Əliyev 2019-cu ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə - Salman Əlizadə, Bəhram Mürvətov, Qərib Əliyev, Rəşad Məmmədov, Ramiz Ramizzadə, Bəhruz Salehli, Səbinə Məmmədova, Elxan Süleymanov, Səid Quliyev, Əbülfəz Məmmədov, Rəşad Əbdürrəhmanov, Vladislav Qədirov, Anar Allahverdiyev, Xanım Balacayeva, Kərim Sərdarov, Emil Həsənov, Kamil Qafarov, Ceyhun Hüseynov, Asiman Qurbanlı, Cabbar Mustafayev, Faiq Quliyev, Şahbandlu Rəcəbzadə və Səməd Qurbanova yeni mənzillərin orderlərini təqdim etdi.
Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar incəsənət xadimi Zərifə Salahova Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi.
Femida.az
Oxunub: 618
Oxşar xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”
- İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib
- İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif edib - SİYAHI
- İlham Əliyev Özbəkistan Prezidentinə təşəkkür edib
- İlham Əliyev Pirallahıda avtomobil yollarının yenidən qurulmasına vəsait ayırıb
- İlham Əliyev iranlı həmkarına başsağlığı verib