Xaçmazda maşın ağaca çırpılıb, ölən var


09:31     26 Dekabr 2019 19_12_26_1577338356.jpg

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



Femida.az -ın məlumata görə, hadisə Xaçmaz-Quba yolunun Xaçmazın Yürgüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Toyota Prado” markalı maşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib, sərnişin olan həyat yoldaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların hər ikisi sıxılmış vəziyyətdə maşında qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 567