Vəkillər Kollegiyasının yeni qurumu fəaliyyətə başladı


10:33     26 Dekabr 2019 2019/12/vekiller-kollegiyasi-huquqi-yardim_1577343527.jpg

Vəkillər Kollegiyasının yeni qurumu - Hüquqi Yardım və Tədris Mərkəzi fəaliyyətə başlayıb.


Femida.az xəbər verir ki, Hüquqi Yardım və Tədris Mərkəzi əsas etibarı ilə vətəndaşlara peşəkar hüquqi yardımın göstərilməsini, mövcud qanunvericiliyə əsasən vəkillərin dövlət hesabına hüquqi yardımın göstərilməsinə cəlb olunduğu işlərin təşkil edilməsi və vəkillərə həmin işlər üzrə məhkəmə qərarı ilə müəyyən edilmiş haqqın vaxtında ödənilməsinin təmin edilməsi, habelə vəkillərin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün onların tədrisə cəlb olunması işlərini təmin edəcək.

Mərkəzdə konfrans zalı, rəhbər otağı, konfidensial otaq, vəkillərin fəaliyyəti üçün geniş sahəyə malik sahədə qəbul masaları ilə, müvafiq iş otağı, mətbəx, sanitar qovşaqlar və digər şəraitlə təmin edilin. Gələcəkdə Mərkəz ilə əlaqəli şəkildə regionda fəaliyyət göstərən vəkillər üçün distant təlimlərin keçirilməsi məqsədilə telekonfrans sistemi nəzərdə tutulub.

Mərkəzə rəhbərlik Vəkillər Kollegiyası İntizam Komissiyasının rəhbəri Şahmar Məmmədova həvalə olunub.

Qeyd edək ki, mərkəz Vəkillər Kollegiyası Rəyasət Həyətinin keçmiş binasında - Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 185/Səməd Vurğun küçəsi, 32 kəsişməsində yerləşir.

Mərkəzin yeni fotolarını təqdim edirik:

















Amin Nəzərli
Femida.az

Açar sözlər: #vəkil   #kollegiya   #hüquq   #mərkəz   #femida  

Oxunub: 5112