Məhkəmə Fövqəladə Hallar Nazirliyini cərimələdi
13:55 26 Dekabr 2019
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası Fövqəladə Hallar Nazirliyinin barəsində inzibati xəta haqqında protokol tərtib edib.
Palata tərtib etdiyi protokolu baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərib.
Məhkəmə qurumu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilinərək, barəsində 331000 avro (624001 manat) məbləğində cərimələnməsi barədə qərar çıxarıb.
Qərardan narazı qalan nazirlik apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.(oxu.az)
Oxunub: 611
Oxşar xəbərlər
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Məhkəmə Əjdər Olun cəzasını azaldıb
- Məhkəmə Rafael Cəbrayılovun cinayət işinə xitam verib
- Məhkəmə Şakiranın cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edib
- Məhkəmə Bakıda anasını qətlə yetirən şəxslə bağlı qərar elan edib
- Məhkəmə “AzerGold”a qarşı qaldırılmış pul tələbi iddiasını rədd edib
- Məhkəmə məktəblini bıçaqlayan şəxslə bağlı qərar verib
- Məhkəmə rüşvətə görə tutulan həkimlə bağlı qərar elan edib
- Məhkəmə “Tik-Tok”er qızı öldürən şəxslə bağlı qərar elan edib
- Məhkəmə Mahir Quliyevin əmlaklarını müsadirə edib