Məhkəmə “AzerGold”a qarşı qaldırılmış pul tələbi iddiasını rədd edib


10:33     22 Aprel 2022 22_04_22_1650608050.jpg

“PKF Audit Azerbaijan” MMC-nin “AzerGold” QSC-yə qarşı pul tələbi iddiası rədd edilib.

Femida.az -ın məlumatına görə, özə audit şirkətinin dövlət şirkətinə qarşı irəli sürdüyü “yeni yataqların aşkarlanması məqsədi ilə həyata keçirilən kəşfiyyat işləri və mövcud perspektiv sahələr üzrə aparılan tədqiqat işləri ilə bağlı məsləhət xidmətlərini satın alınması barədə 6 iyun 2018-ci il tarixli müqavilə üzrə 28 min manat məbləğində borcun tələb edilməsi” tələbinə dair iddiası təmin olunmayıb.

İşə ötən gün Bakı Kommersiya Məhkəməsində keçirilmiş açıq məhkəmə iclasında hakim Fərrux Qasımovun sədrliyi ilə baxılıb.

Açar sözlər:

Oxunub: 500